sayğac qutusu

Sayğac qutusu

Sayğac qutuları daxili su şəbəkələrində izoləedici və paylaşdırıcı vasitə kimi istifadə olunurlar.

Sayğacda qüsurlar baş verdikdə, qutu rahat bir şəkildə çıxarıla biləcək formada dizayn edilməlidir.
Hər biri qutunun kilidi olmalıdır. Kilidi açan açarların tək növü olmalıdır. Yarım dövrdən sonra dayanmalı halda açarın fırlanması davam etməməlidir.
Atmosfer yağıntılarının mühafizə qutusunun içinə daxil olmaması üçün qutunun yan divarları xüsusi relyefli formada hazırlanmalıdır.
Qutuların daxili divarları termoizolyasiyalı şəkildə hazırlanmalıdır və termoizolyasiya qalınlığı 10-15 mm olmalıdır.
Qutunun divarlarının qalınlığı 4,0 ±0,5 mm intervalında olmalıdır.
Qutunun sol və sağ tərəfindəki rezinlərin (borunun daxil olduğu və xaric olduğu yerlərdə) qutunun divarına tam oturması
üçün rezinin divarının iki çıxışlı olması təmin edilməlidir. Rezinlər nisbətən sərt materialdan hazırlanmalıdır.
Sayğac qutusunun qapağını açan amortizator heç bir şəkildə qutu içərisində olan sayğac və ya boru ilə təmasda olmamalıdır. 1.8 Sayğac qutusunun arxa qapağında (divara montaj qismində) 4 ədəd divar sabitləmə hissələri (şponka+vint) olmalıdır.

Untitled design